Korsetlərin Qiyməti və Növləri Nəyə Əsasən Dəyişir
Korsetlər sadəcə geyim deyil, düzgün duruşu qorumaq və incə bədən qurluşu yaratmaq istəyənlər üçün əvəzolunmaz bir parçadır. Gəlin qısa olaraq toparlayıcı növləri və nəyə əsasən qiymətləndirildiyi ilə tanış olaq:
Lateks korset
İstifadə rahatlığı ilə seçilən, arığladıqca ölçüyə görə tənzimlənə bilən keyfiyyətli korset modelidir. Qarın yığmaq üçün, doğum sonrası iltihabı və şişkinlikləri azaltmaq üçün olduqca funksionaldırlar.
Orijinal latex korset modelləri, təbii bitkilərin özəyindən hazırlanır. Lateksin istehsal olunduğu ölkəyə əsasən korsetin qiyməti dəyişir. Keyfiyyətinə görə, ölkəmizdə xanımların ən çox istifadə etdiyi Kolumbiya korsetidir.
Parça korset
Əsasən gündəlik və ya yüngül sıxıcı kimi geyim altından istifadə olunurlar. Xüsusi texnologiya ilə dizayn olunan toxuma və lazer kəsimli korsetlər incə, nəfəs alan quruluşları ilə yay ayları üçün idealdır. Misal olaraq tayt, mayka və. s iç geyim korsetləri estetik xarakter daşıyır.
Korset qiyməti istehsal texnologiyasına əsaslanaraq dəyişir. Bakıda ən çox satılan korset növü, parça korse taytlardır.
Tez-tez verilən suallar
Qadın üçün korset necə seçilir?
▾Xanımlar üçün korset seçimi bədən ölçülərinə və istifadə məqsədinə əsaslanmalıdır. Əgər siz gündəlik istifadə üçün korset axtarırsınızsa lateks korsetlər, sadəcə geyim altına korset axtarırsınızsa parça korsetlər daha məqsədə uyğundur.
Korsetlərin faydaları nələrdir?
▾Estetik görünüş, duruşun düzəlməsi və bəzi hallarda ağrıların azalması üçün faydalıdır.
Arıqlamaq üçün korset istifadə edilə bilərmi?
▾Termal və neopren korsetlər tərin artmasına və bədən formalaşmasına kömək edir. Arıqlamaq üçün isə düzgün qidalanma və idman vacibdir.
Doğum sonrası hansı korseti istifadə etməliyəm?
▾Normal doğum və ya keysəriyyə sonrası lateks korsetlərin istifadəsi məsləhətlidir.
Korsetin ölçüsü necə müəyyən edilir?
▾Öz bədən ölçünüzdən, 1 ölçü kiçik korset almağınız məsləhətlidir.