Hamiləlik sonrası korset istifadəsi qarın və bel nahiyəsində olan əzələ boşalması, şişkinlik, ağrılar və duruş pozuntularının qarşısını almaqda effektiv həll olaraq analar üçün çox vacibdir. Hamiləlik sonrası sıxlaşdırıcı istifadə etmədikdə, qarında olan şişkinliklərin və iltihabın azalması uzun müddət alır..
Hamiləlik Sonrası Korset Niyə Istifadə Edilir?
Doğum sonrası qarında yaranan əzələ problemləri və iltihablanmanın qarşısını almaq üçün, həkimlər sıxlaşdırıcı korsetlər məsləhət görür..
Hamiləlik sonrası korsetlərdən tibbi, ortopedik və lateks tərkibli onlarlar xanımlar arasında ən çox istifadə olunan növləridir. Gəlin birlikdə, bu korsetlərin hamiləlik sonrası ümumilikdə qadına necə təsir etdiyini öyrənək?
Doğum sonrası korsetlər, həm keysəriyyə əməliyyatı, həm də təbii doğum sonrası bərpa üçün faydalıdır. Onların əsas təsirləri aşağıdakılardır:
- Qarın əzələlərinin möhkəmləndirməsi: Hamiləlik sonrası qarın əzələlərinin boşalması problemini aradan qaldırır və qarını sıxlaşdırır.
- Pelvik bölgəni dəstəklənməsi: Zəifləmiş pelvik əzələlərini gücləndirir, sidik qaçırma və digər narahatlıqların qarşısını alır.
- Ağrıların azaldılması: Təbii doğum sonrası bel ağrılarının azaldılması və qarın nahiyəsində təzyiqin nizamlanması ilə rahatlıq təmin edir.
- Şişkinlik və iltihabın azaldılması: Hamiləlik sonrası şişkinlikləri aradan qaldırmaq və yaranmış iltihabı minimuma endirmək üçün təsirlidir.
- Dəri sallanmalarının qarşısının alınması: Hamiləlikdən sonra yaranan boşalmış dəri sallanmalarını toparlamağa kömək edir.
- Qarın formasını bərpa edilməsi: Böyümüş qarın boşluğunu yığaraq, öz təbii normasına geri qaytarır.
Keysəriyyə əməliyyatı ilə həyata keçirilən doğum
Keysəriyyə sonrası korset seçimi xüsusilə diqqətlə edilməlidir. Çünki cərrahi müdaxilədən sonra yaranan yaralar və ağrılar fərqli qayğı tələb edir. Yara tam sağalana kimi xüsusi parçadan hazırlanmış, yumşaq iç geyim korse taytlar istifadə olunmalıdır. Əgər qeysəriyyə əməliyyatından bir müddət keçibsə və ya yara tam sağalıbsa, lateks bərk korsetlərin istifadəsi daha mələhətlidir..
Əməliyyatdan sonrakı ilk həftələrdə yara yerini qoruyan, təzyiqi azaldan və narahatlıq yaratmayan yüngül parça korsetlərdən istifadə edilməlidir..
Yara tam sağaldıqdan sonra, möhkəm qarını yığmaq üçün lateks materialdan hazırlanmış bərk korsetlərə keçid edilməlidir. Latex korsetlər, yara tam sağaldıqdan sonra istifadə edilir. Bərk materiallı olduqlarından, qarın formasını bərpa etmək üçün ən ideal seçimdirlər..
Təbii Doğum Sonrası Korset İstifadəsi Necə Olmalıdır?
Təbii doğum sonrası yaranan qarın boşluğu və bel ağrıları üçün korsetlərdən istifadə etmək həm sağlamlıq, həm də rahatlıq baxımından faydalıdır. Şişkinlik dəri altı və ya qarın boşluğunda olduğundan, təbii dogum qarnını yığmaq üçün lateks korsetlər daha məsləhətlidir..
Həkim məsləhəti ilə seçim: İlk həftələrdə yüngül modellərdən başlana bilər, lakin, sonra lateks korsetlərdən istifadə etmək məsləhət görülür. Bu, qarın nahiyəsindəki şişkinlikləri azaltmaq və pelvik dəstəyi gücləndirmək üçün effektivdir.
Nəticə Olaraq! Doğuş Sonrası Düzgün Seçilmiş Korsetlərin İstifadəsi Məsləhətlidir!