Qarın yığan korset modelləri axtarışındasınızsa, lateks bellik korseti sizin üçün ən yaxşı seçimlərdən biri olacaqdır. Qarını və beli vizual olaraq mükəmməl yığan bu korsetin əsas effekti ilə tanış olaq:
Korsetin Effekti Necədir?
Lateks tərkibli, həmçinin içərisi elastik dəmirli korset modeli olduğundan, geyinildikdə:
- Qarını 2 bədən ölçüsünə kimi yığa bilir;
- Beli 8 santimetrə kimi incəldə bilir;
- Boşalmış əzələləri sıxlaşdırır;
- Mədəni müəyyən qədər kiçildir və s.
Qarın Yığan Korsetin Materialı və Tərkibi Necədir?
Qarını yığmaq üçün xüsusi ilə seçilən bu korsetin materialı lateksdir. Lateks, bitki özəyindən hazırlanmış təbii xammal materialdır. Tərkibində isə sümük dediyimiz 25 ədəd elastik polad mövcuddur. Bu da qarın yığan korset üçün ən yaxşı məqamlardan biridir.
Lateks Korset Qarını Arıqladırmı?
Lateks qarın yığan korsetlər mədənin üzərinə gəlirsə, müəyyən qədər iştahı azaldır. Qan dövranını tezləşdirir və əzələləri sıxlaşdırır. Lakin arıqlamaq üçün dieta edərək korseti taxmaq və ya idman zamanı korset istifadə etmək daha arzu olunandır.
Lateks Korsetlər Nə Zaman İstifadə Edilməlidir?
- Məşq Zamanı Korset İstifadəsi – İstənilən idman növü üçün və ya fitness zamanı korset istifadə etmək, əzələləri sıxmaq və onurğanı stabil saxlamaq üçün çox yararlıdır.
- Hamiləlik Sonrası Korset İstifadəsi – Xüsusilə keysəriyyə və ya normal doğum sonrası qarın yığan korset, yaranmış iltihabı və şişkinlikləri azaltmaq üçün istifadə edilir. İstifadə etmək üçün həkim tövsiyəsi vacibdir.
- Abdominal Əməliyyat Sonrası Korset – Qarın gərmə (abdominoplastika) sonrası korset istifadə üçün uyğundur. İstifadə üçün həkim tövsiyəsi vacibdir.
- Liposaksiya Sonrası Korset – Bədən formalaşdıran əməliyyatlar sonrası korseti istifadə edə bilərsiniz. İstifadə üçün həkim tövsiyəsi olan korset seçimi vacibdir.
Unutmayın, hər şeydən öncə sağlamlığınızı qorumaq, düzgün korset modelini seçmək və ailə həkiminizlə məsləhətləşmək vacibdir. Əlavə sualınız yaranarsa və ya korset seçməkdə çətinlik çəkərsiniz, bizə müraciət edə bilərsiniz.
Müştəri Rəyləri və Suallar
Yalnız bu məhsulu almış, daxil olmuş müştərilər rəy yaza bilər.
Suallar (0)
Rəylər